Fransa Prezidenti Emmanuel Makronun amerikalı həmkarı Donald Trampla bağlı sərt fikirləri ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Yanvarda Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) dövlət və hökumət başçılarının fövqəladə sammitində Makron Trampla münasibətlərdə Aİ üçün artıq geri dönüş yolunun olmadığını bəyan edib”, – deyə bildirilib.
Qəzetin yazdığına görə, son bir il ərzində ABŞ-ın ən yaxın müttəfiqləri Trampı sakitləşdirməyə çalışaraq, qarşılıqlı müdafiə və ticarət məsələlərində həm güzəştlərə gedib, həm də ona xoş münasibət nümayiş etdiriblər:
“Məqsəd vaxt qazanmaq idi. Lakin Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək istədiyini deməksi Avropa ölkələrini adaya hərbçilər göndərməyə vadar edib.
Məlumata görə, Makron sammitdə görüş zamanı illərdir səsləndirdiyi fikri daha qəti şəkildə təkrarlayıb. O bildirib ki, Avropanın ABŞ-dan həddindən artıq asılı olması qitənin təhlükəsizliyi üçün risk yaradır. “Biz burada bir xətt çəkirik. Geri dönüş yolu yoxdur”, – deyə Fransa prezidenti vurğulayıb”.
WSJ qeyd edir ki, sonradan Avropanın nüfuzlu siyasətçiləri həmin yanvar toplantısını İkinci Dünya müharibəsindən sonra ortaq taleyə və müttəfiqliyə əsaslanan münasibətlərin dəyişməyə başladığı, Avropa ölkələrinin isə müstəqil inkişaf yolu axtarmağa qərar verdiyi dönüş nöqtəsi kimi xatırlayıblar.
Günel Cəlil
Globalinfo.az