“Avropanı “eyni düşüncəli insanların fantastik terrariumu” adlandırmaq olar. Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirak etmək istəyən Avropa ölkələrinin sonrakı addımları izlənməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomatın sözlərinə görə, Avropanın sərt mövqeli siyasətçiləri danışıqlarda iştirak etmək əvəzinə, bir-biri ilə rəqabət aparır və tərəfdaşlarına daha çox zərər vurmağa çalışırlar.
Onun fikrincə, bu mübarizənin əsas məqsədi danışıqlar masasında kimin yer alacağını müəyyənləşdirməkdir.
Rusiya XİN nümayəndəsi Avropanın danışıqlara hazır olmadığını göstərən digər amilin Ukraynada münaqişənin gərginləşdirilməsi strategiyasına üstünlük verilməsi olduğunu qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az