Vahid El%C9%99kb%C9%99rov

Avropa İttifaqının (Aİ) Rusiyanın “Lukoil” şirkətinə qarşı sanksiyaları yetərsizdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk deyib.

“Rusiyanın “Lukoil” şirkətinə qarşı sanksiyalarla bağlı problemlər var. ABŞ və Böyük Britaniyanın təzyiqi lazımdır “, – deyə o bildirib.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında ABŞ və Böyük Britaniya “Lukoil” şirkətini sanksiya siyahılarına əlavə edib. Daha sonra “Lukoil” beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, “Lukoyl”un təsisçisi, azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: