UEFA-dan Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım

UEFA-nın tvitter səhifəsi Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda turnirin finalında “Real” – “İnter” matçına uduşlu biletlərin anonsu verilib.

Paylaşımda “Finalçılar bəllidir və səhnə hazırdır” fikirləri yer alıb. Amma tezliklə tvit hesabdan silinib.

Qeyd edək ki, “İnter” ÇL-in finalına vəsiqə qazansa da, digər finalçı müyyənləşməyib.