2027-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsində 89 milyon manat nəzərdə tutulur.
Globalinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.
Vəsaitin əhalinin mənzilə olan tələbatının ödənilməsinə, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmək imkanlarının genişləndirilməsinə xidmət edəcəyi qeyd olunub.