Paşinyan “razıyam” deyir, Kılıçdaroğlu qarşı çıxır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya əyalətinin Kəpəz bələdiyyəsində çıxışı zamanı “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu Azərbaycandan yan keçən nəqliyyat dəhlizi layihəsinə görə tənqid edib.

Globalinfo.az xəbər verir ki, nazir “türkün yolu şəhid qanı tökülmüş qədim türk yurdu Şuşadan, Cəbrayıl və Zəngəzurdan keçməlidir” deyib.

“Bu gün Ermənistanın Baş naziri Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bildirir. Bəs sənin dərdin nədir, Azərbaycandan nə istəyirsən?!”, – diplomat Kılıçdaroğluna müraciət edib.

Çavuşoğlu xatırladıb ki, müasir Türkiyə təkcə öz maraqlarını deyil, bütün türk dünyasının maraqlarını qoruyur.