Türkmənistan XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi

Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

Globalinfo.az xəbər verir ki, bəyanatda deyilir:

“Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik qurumların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”.

Bəyanatda mərhumun doğmalarına və yaxınlarına başsağlığı verilib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa dilənib.