Türkmənistan prezidenti bu naziri qovdu

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov energetika naziri Hacıməhəmməd Rəcəbmuradovu tutduğu vəzifədən azad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə rəsmi “Neytral Türkmənistan” qəzeti ölkənin Nazirlər Kabinetinin ötən gün keçirilən geniş iclasının yekunlarına dair məlumat yayıb.

Nazirin işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildiyi bildirilir.

Məlumata görə, S.Berdiməhəmmədov yeni energetika naziri vəzifəsinə əvvəllər nazir müavini vəzifəsində çalışan Annageldi Saparovu təyin edib.

Zaira Akifqızı
Globalinfo.az