Suriyada müxalif qüvvələrin Əsəd rejimini devirməsindən sonra burada yaşayan ermənilər evlərdə gizlənməyə, yaxud Ermənistana qaçmağa başlayıb.
Globalinfo.az xəbər verir ki, “Təhrir əş-Şam” qruplaşmasının hökuməti devirməsi ölkənin xristian erməni kəsimi arasında qorxuya səbəb olub. Lakin qruplaşmanın türkmən üzvləri Latakiyada yaşayan ermənilərlə danışıb, onlara zərər gəlməyəcəyini bildiriblər.
Qruplaşmanın türkmən komandirlərindən biri ermənilərə müraciət edərək zərər görməyəcəklərini deyib:
“Heç kim qorxmasın. İnşallah, gələcək keçmişdən daha yaxşı olacaq. Evinizdə qalın, sizin təhklükəsizliyinizə görə biz məsuliyyət daşıyıq. Biz Osmanlının, Abbasilərin, Əməvilərin nəvələyirik. Sizinlə döyüşmərik”.
Komandiri dinləyən ermənilər ona təşəkkür edib, alqışlayıblar.
Görüntüləri təqdim edirik:
🔴 Mücahitler Lazkiye’de Ermenileri teskin etti:
Biz Osmanlı’nın çocuklarıyız. Hiçbirinizin kılına dahi zarar gelmeyecek. İnşallah geleceğimiz geçmişten çok daha iyi olacak. pic.twitter.com/T0eR6W55tL
— Mahfil (@mahfildijital) December 9, 2024
Ayşən Mustafa
Globalinfo.az