Türkiyəyə yenidən raket atıldı – YENİLƏNİB

 

Suriyanın şimalından Türkiyə ərazisi yenidən atəşə tutulub. 

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, ölkənin Kilis şəhərinə 3 raket düşüb.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

***13:57

Terror təşkilatı YPG/PKK üzvləri tərəfindən Türkiyənin Qaziantep əyalətinə atılan raketlərdən 4-ü rayon mərkəzindəki orta məktəb və iki evə düşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

O, həyatını itirən 3 nəfərdən birinin uşaq, digərinin isə müəllim olduğunu açıqlayıb.

***13:18

Türkiyənin Qaziantep əyaləti Suriya ərazisindən növbəti dəfə raket atəşinə tutulub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, YPG/PKK terror təşkilatının üzvləri tərəfindən atılan 4 raket rayon mərkəzindəki orta məktəb, iki evə və Karkamış sərhəd-keçid məntəqəsi yaxınlığında bir yük maşınına düşüb.

Qeyd olunub ki, hücum nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

***20.11.2022 23:18

YPG/PKK terror təşkilatı Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 4 raket atıb.

Globalinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mərmilər boş əraziyə düşüb.

Raketin düşdüyü ərazidə araşdırma işləri aparılır.