Bir neçə gün öncə Türkiyənin Vaşinqtondakı səfirliyinə gələrək zəlzələdən zərərçəkənlərə yardım üçün 30 milyon dollar bağışlayan şəxsin kimliyi bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Həmin şəxs ən uzunmüddətli avtomobil batareyası icad edən “One next energy” (ONE) şirkətinin qurucusu və rəhbəri Mujeeb İjazdır.
Qeyd edilib ki, o, bu sahə üzrə ABŞ-da 31 patentə sahibdir.
Aqşin
Globalinfo.az