
“NATO-nun Vaşinqton sammitində Bolqarıstan Ukrayna və Rusiya arasında sülh danışıqlarının başladılması təşəbbüsüylə çıxış edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Bolqarıstan baş nazirinin səlahiyyətlərinin icraçısı Dimitar Qlavçev deyib.
“Mən səmimi şəkildə inanıram ki, biz sülh danışıqlarının tərəfdarı kimi çıxış etməliyik, Bolqarıstan isə vasitəçi ola bilər. Bundan yaxşı nə ola bilər?” – deyə o bildirib
Qeyd edək ki, bundan öncə Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istəyib, amma Moskva bu təşəbbüsü rədd edib. Macarıstan baş naziri Viktor Orban isə Ukrayna və Rusiyaya səfərlər etsə də tərəflərin bir-birindən hələ çox uzaq olduğunu açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az