burhanettin duran aa 2430601 1

Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətinə qarşı sərt mövqeyini qoruyacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bunu  Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran deyib.

O, Ankaranın Netanyahunun “sabitliyi pozan fəaliyyətlərinə” və “işğal siyasətinə” qarşı çıxmağa davam edəcəyini bildirib.

Duranın sözlərinə görə, İsrailin Qəzza, Suriya və Livandakı addımları ölkənin beynəlxalq səviyyədə daha da təcrid olunmasına səbəb olur.

O vurğulayıb ki, Türkiyə Suriyaya dəstəyini davam etdirəcək və Yaxın Şərqdə iki dövlətli həllin əldə olunması istiqamətində səylərini qoruyacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: