Türkiyədə təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı artıb – FOTO

Xəbər verdiymiz kimi, bu gün Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ baş verib.Təbii fəlakət nəticəsində xəsarət alanlar olub.

Globalinfo.az xəbər verir ki, səhiyyə naziri Fəxrəddin Qoca ölkənin şimal-qərbində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayının artdığını bildirib

“Son məlumatlara görə, Düzce vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 93-ə çatıb. Yaralıların əksəriyyəti – 37 nəfər Düzcədədir və onlardan birinin vəziyyəti ağırdır. Türkiyənin eyni bölgəsində yerləşən Sakarya vilayətində 26, Bolu vilayətində 14 nəfər, Zonquldaqda 10, Bursada 4 nəfər yaralanıb.

Nazirin sözlərinə görə, hazırda xəstəxanalarda 17 nəfərin müalicəsi davam etdirilir.