Türkiyənin Düzcə vilayətinin Qara dəniz sahilində yerləşən Akçakoca rayonunda naməlum pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TGRT telekanalı məlumat yayıb.
Sakinlərin xəbər verməsindən sonra hadisə yerinə polis və sahil mühafizəsi qüvvələri cəlb olunub. Təhlükəsizlik məqsədilə sahildə olan insanlar ərazidən təxliyə edilib.
PUA-nın hansı ölkəyə və ya quruma məxsus olduğu ekspertizanın nəticələrindən sonra müəyyənləşdiriləcək.
Qeyd edək ki, Türkiyənin Qara dəniz sahilində yerləşən bir sıra vilayətlərində son vaxtlar dəfələrlə PUA qalıqları, o cümlədən partlayıcı maddə daşıdığı bildirilən qurğular aşkarlanıb.
Xatırladaq ki, Artvin vilayətində də bir neçə gün əvvəl sahildən təxminən 500 metr məsafədə pilotsuz kater tapılıb. Ertəsi gün əraziyə cəlb olunan istehkamçılar qurğunu partladaraq zərərsizləşdiriblər.
Aysel Əliyeva
Globalinfo.az