6421da69a08506421da69a085116799402016421da69a084e6421da69a084f

Türkiyədə prezidentliyə namizədlərin imzatoplama prosesi sona çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksek Seçim Kurulu) məlumat yayıb.

Qeyd edək ki, Məmləkət Partiyasının sədri Muharrem İnce 114 min 657 və “Ata İttifaqı”nın namizədi Sinan Oğan 111 min 502 imza toplaya bilib. Ən az, 122 imza toplayan isə Batman şəhərindən inşaat mühəndisi Davut Turan olub.

Bununla da, onlar prezidentliyə digər iki namizəd – “Cumhur İttifaqı”nın namizədi, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və “altılı masa” kimi adlandırılan müxalif “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə yanaşı seçkilərdə ölkə başçısı vəzifəsi üçün mübarizə aparacaqlar.

Bundan əlavə, 31 marta qədər onların namizədliyi rədd edilə bilər. Eyni gündə isə yekun təsdiqlənmiş namizəd siyahısı açıqlanacaq. Aprelin birindən isə rəsmi olaraq seçki kampanyasına start veriləcək.

Xatırladaq ki, Türkiyədə prezident və millət vəkili seçkiləri 14 may 2023-cü ildə baş tutacaq.

Paylaş: