Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Xalqlarımız arasındakı güclü dostluq əlaqələri ortaq tariximizə əsaslanır. 105 il bundan əvvəl hər iki ölkə demək olar ki, eyni zamanda öz müstəqilliklərini elan etmişdir. O zamandan etibarən bizim mehriban qonşuluq, qardaşlıq münasibətlərimiz davamlı şəkildə güclənərək, dövlətlərimiz arasında möhkəm strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur.
Bu gün Gürcüstan Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı daha da dərinləşdirməyə və möhkəmləndirməyə xüsusi önəm verir.
Zati-aliləri, Sizə dərin hörmətimi bir daha bildirir, fəaliyyətinizdə uğurlar diləyir, dost Azərbaycan xalqına isə sülh, cansağlığı və firavanlıq arzu edirəm”.
***
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevi təbrik edib.
Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına rifah və tərəqqi arzulayır, ölkələrimiz arasında mövcud səmimi münasibətlərin gələcək illərdə daha da möhkəmlənməsini diləyirik”.
***
Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.
Zati-alinizə davamlı uğurlar və firavanlıq, qardaş xalqınıza isə tərəqqi və rifah arzulayıram”.
***
İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident!
Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə və ölkənizə rifah, əmin-amanlıq və davamlı tərəqqi arzulayırıq”.
***
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri, cənab Prezident!
Azərbaycanın Müstəqillik Gününün 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına “ACWA Power” şirkətinin adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Biz Azərbaycanın etibarlı və sadiq tərəfdaşı kimi dayanıqlı inkişafa, enerji transformasiyasına və iqtisadi tərəqqiyə nail olmaq üçün ölkənizin davamlı səylərinə dəstək göstərməkdən dərin iftixar hissi duyuruq. Azərbaycan ilə strateji tərəfdaşlığımız qarşılıqlı inam, hörmət və parlaq gələcək üçün ortaq baxış üzərində qurulub.
Sizə və Azərbaycan xalqına davamlı uğurlar və xoşbəxtlik arzulayıram. Qoy, Azərbaycanın müstəqilliyi əbədi olsun!
Bu əlamətdar bayram münasibətilə ən səmimi arzularımı və təbriklərimi qəbul etməyinizi xahiş edirəm”.