mehmet direk kimdir 1785102912 xY7L32

Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatının sədri Mehmet Direk sui-qəsdə məruz qalıb. 

Globalinfo.az xəbər verir ki, sədr, onun oğlu və qardaşı oğlu silahlı hücum nəticəsində öldürülüb.

Məlumata görə, sui-qəsd vilayətin Güneykent rayonunda qəbiristanlıqda baş verib. 

Hadisə yerinə polis qüvvələri cəlb olunub. Cinayəti törədənlərin saxlanılması üçün istintaq aparılır. 

Paylaş: