1776254841 1776253996 b42fd35d a6e3 4e30 9146 14f85664c9b6 1024x576 1

Türkiyədə məktəblərə hücumla bağlı sosial mediada yayılan təhdidlərə görə bir neçə nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

Qeyd olunur ki, Kahramanmaraşda təhsil müəssisələrinə hücum ediləcəyi ilə bağlı paylaşımlar edən 19 yaşlı Z.B.A. Antalyada hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Digər hadisə isə Samsun şəhərində qeydə alınıb. Burada daha yeddi nəfər saxlanılıb ki, onlardan altısı yetkinlik yaşına çatmayan şəxslərdir. Saxlanılanların planlaşdırıldığı iddia edilən hücumlarla bağlı yalan məlumat yaydıqları və liseydə yazılar yazdıqları bildirilir.

Şübhəlilər barəsində toplanmış materiallar məhkəməyə təqdim olunub və araşdırmalar davam etdirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: