6285164286b24722f03f8e16

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-nin dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, söhbət zamanı tərəflər Suriyada terrorla mübarizədə qətiyyətliliklərini davam etdirəcəklərini vurğulayıblar.

Qeyd edilib ki, eyni zamanda rəsmilər Ukraynada baş verən son hadisələr, xüsusilə taxıl sazişinin icrası, NATO-nun genişlənməsi, “F-16”ların tədarükü prosesi və qarşıdan gələn səfər qrafikini müzakirə ediblər.

Paylaş: