78778

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv Sərəncamı ilə azadlığa buraxılanlar arasında iki Türkiyə vətəndaşı da yer alıb.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunlar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən Demir Mehmet və Özdemir Salihdir.

Sərəncamın icrası dərhal təmin edilərək, adıçəkilən şəxslər bu gündən etibarən azadlığa buraxılıblar.

Qeyd edək ki, Sərəncam, ümumilikdə, 20 nəfərə şamil olunub.

1
2
3
4

Paylaş: