1af0c1d3 ad5e 3bb0 9199 bf7c4a509774 850

Türkiyə və Pakistan Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizinin şimal hissəsində “Turqutreis-VII” adlı təlimlər keçirib.

Globalinfo.az “Report” xəbər verir ki, təlimlərdə müxtəlif dəniz əməliyyatları, o cümlədən asimmetrik hücumlara qarşı müdafiə, birgə koordinasiyalı patrul həyata keçirilib.

Manevrlərin əsas məqsədi iki ölkənin hərbi dəniz qüvvələrinin peşəkarlıq vərdişlərini və qarşılıqlı fəaliyyət qabiliyyətini təkmilləşdirmək olub.

Türkiyə tərəfdən manevrlərdə “Harpoon” gəmi əleyhinə raketləri və Mk.46 torpedaları ilə silahlanmış “Ada” sinifli sualtı qayıq əleyhinə “TCG Burgazada” iştirak edib.

Paylaş: