3101ab78 9c30 37c6 a96c 25fd81d9942f 850

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə britaniyalı həmkarı Con Hili arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Suriyadakı son durumu müzakirə ediblər.

Onlar həmçinin regional, beynəlxalq təhlükəsizlik və müdafiə məsələləri barədə fikir mübadiləsi aparıblar.

Paylaş: