Maduro

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun gündəlik qidasını, ev heyvanlarını, geyimlərini və digər detallarını araşdırıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin “YouTube” kanalında yayımlanan mətbuat konfransında Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn deyib.

O bildirib ki, Venesuela liderinin izlənməsi aylarla davam edib.

“Kəşfiyyat agentləri onun harada olduğunu müəyyən etmək üçün çalışdılar, hərəkətlərini, harada yaşadığını, hara səyahət etdiyini və nə yediyini diqqətlə araşdırdılar. Ev heyvanlarının olması kimi detallar da nəzərə alındı. Qüvvələrimiz dekabrın əvvəlində hazırlıq vəziyyətinə gətirildi”, – deyə Keyn qeyd edib.

Xatırladaq ki, ötən gün ABŞ ordusu Venesuelaya zərbələr endirib. Nəticədə Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirilib. Artıq onlar Nyu-Yorka gətirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: