Turkish Airlines TC JOE Airbus A330 303 39244511204 cropped

İstanbuldan Nepalın paytaxtı Katmanduya uçan Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb. 

Globalinfo.az xəbər verir ki, “Airbus A330” təyyarəsi Tribhuvan Beynəlxalq Hava Limanına eniş edərkən alovlanıb və tüstü yayılmağa başlayıb.

Hava limanının fövqəladə hallara nəzarət komandası dərhal müdaxilə edib və yanğını məhdudlaşdırıb.

Təyyarədəki sərnişinlər təcili təxliyə olunublar.

Görüntüləri təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: