İtaliyada 8 nəfər torpaq altında qaldı

İtaliyanın İskya adasında torpaq sürüşməsi nəticəsində azı 8 nəfər ölüb.

Globalinfo.az bildirir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

İtaliya Baş nazirin müavini, infrastruktur və nəqliyyat naziri Matteo Salvini məlumat verib ki, təbii fəlakət nəticəsində itkin düşənlərin axtarışı davam etdirilir.

Son məlumatlara əsasən, İskyada azı 10 bina dağılıb.