ozgur ozel 12432

Türkiyə siyasətində illərdir dəyişməyən bir reallıq var: yeni siyasi partiya yaradan şəxslər gözlənilən nəticəni əldə edə bilmirlər. Ötən gün Əhməd Davudoğlu Gələcək Partiyasının ləğv olunduğunu bəyan edib. Davudoğlunun Gələcək, Əli Babacanın isə DEVA Partiyası böyük siyasi iddialarla meydana çıxsalar da, gözləntiləri doğrultmadılar. İndi isə oxşar sual CHP ətrafında yaranan proseslər fonunda yenidən gündəmə gəlib.

CHP-dən ayrılan Özgür Özəl sələflərinin taleyini yaşayacaq, yoxsa Türkiyə siyasətində yeni uğur hekayəsinə imza ata biləcək?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Əhməd Davudoğlu və Əli Babacan öz partiyalarını qurarkən parlamentdə cəmi bir neçə deputatla təmsil olunurdular:

“Onların siyasi baxışları əsasən AKP elektoratından özünə müəyyən pay götürməyə hesablanmışdı. Özgür Özəldə isə vəziyyət fərqlidir. O, 91 deputatla CHP-dən ayrılıb və Türkiyə parlamentində ikinci böyük siyasi qüvvəyə çevrilib. CHP isə hazırda 44 deputatla dördüncü yerdədir və böyük ehtimalla daha da zəifləyəcək”.

eziz elibeyli esas 900x600 1

Əziz Əlibəyli

Ekspert qeyd edib ki, Özgür Özəlin qərarı Babacan və Davudoğlunun istefasından fərqlənir:

“Özəl məhkəmə qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. Cəmiyyət də buna görə onu zərərçəkmiş, məzlum siyasətçi kimi qəbul edir. Bu səbəbdən də ona dəstək verənlərin sayı kifayət qədər çoxdur. Əkrəm İmamoğlunun həbsdə olduğunu da nəzərə alsaq, Özgür Özəlin hakimiyyətə ciddi rəqibə çevrilməsi ehtimalı yüksəkdir. İndiyədək izlədiyi siyasi xətt və strategiya onun uğurla irəlilədiyini deməyə əsas verir.

Bununla belə, CHP brendi hələ də partiyanın əsas siyasi kapitalıdır. Özgür Özəlin yeni partiya ilə nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: