Türkiyədə sərhəddə FETÖ və PKK üzvləri yaxalandı

Yunanıstan və Suriyadan Türkiyəyə, Türkiyədən isə Yunanıstana qanunsuz keçməyə çalışan 7 nəfər sərhəd xidməti tərəfindən yaxalanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Araşdırmalar nəticəsində həbs edilən şəxslərdən beşinin FETÖ, digərlərinin PKK/KCK/PYD-YPG terror təşkilatlarının üzvü olduğu müəyyən edilib.