Türkiyə-İsrail gərginliyi artır: Katz Ərdoğana nələr dedi?

“Türkiyə NATO-nun üzvü ola bilməz və Rəcəb Tayyib Ərdoğan Şimali Atlantika Alyansı ilə yəhudi dövləti arasında əməkdaşlıq məsələlərini həll etmir”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz deyib.

O, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bəyanatını şərh edib.

“Əvvəla Rəcəb Tayyib Ərdoğan buna qərar vermir. Üstəlik, Türkiyə HƏMAS-ı dəstəklədiyi üçün NATO-nun üzvü olmamalıdır”, – Katz vurğulayıb.

Qeyd edək ki, Türkiyə lideri Ankaranın Qəzza zolağındakı hərəkətlərinə görə, İsrail-NATO əməkdaşlığının heç bir variantını təsdiq etməyəcəyini açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az