“Ermənistanın Türkiyə ilə münasibətlərinin nizamlanması Azərbaycanla sülh danışıqlarına töhfə verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Rubin Rubinyan deyib.
O, Bakı və Ankara ilə normallaşma prosesinin bir-birindən fərqləndiyini deyib:
“Türkiyə ilə əlaqələrin bərpası Azərbaycanla sülh prosesinə də müsbət təsir edəcək. Biz Ankara ilə sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması məsələsində razılaşmışdıq. O sənədi həm də rəsmi şəkildə təsdiqlədik. Lakin həmin razılaşma indiyə kimi icra edilməyib. Biz müvafiq addımlar atdıq, Marqara keçid məntəqəsini təmir etdik. İndi də Ankara tərəfdən addımlar gözləyirik. Ermənistan sabah sərhədi açmağa, diplomatik münasibətlər qurmağa hazırdır”.
Ayşən Mustafa
Globalinfo.az