rz

“ABŞ-ın İrana növbəti hücumu baş verərsə, regiondakı Amerika texnoloji infrastrukturu hədəfə çevrilə bilər. Həmin infrastrukturun dəyəri 2 trilyon dolları ötür”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib.

“Biz hələlik bu aktivləri hədəflər siyahımıza daxil etməmişik. Lakin müharibə başlayarsa, həmin kabellərin, məlumat emalı mərkəzlərinin, süni intellekt obyektlərinin və bir çox digər müəssisələrin əksəriyyəti məhv ediləcək”, – deyə o bildirib.

Rzayi xəbərdarlıq edib ki, münaqişə yenidən başlayacağı təqdirdə İran əlavə hərbi qüvvələri cəlb etməyə hazırdır.

Onun sözlərinə görə, qarşıdurmanın nə vaxt başa çatacağına ABŞ deyil, İran qərar verəcək.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: