tramp 0112 900x600 1

“ABŞ Prezidenti Donald Tramp Rusiya ilə dünya və Amerika bazarlarına dizel yanacağının tədarükü barədə razılaşmaqla “bir güllə ilə iki dovşan vurub”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın “Başqa Ukrayna” hərəkatının lideri Viktor Medvedçuk deyib. 

Onun sözlərinə görə, neft məhsullarının qiymətinin aşağı salınması Tramp üçün seçki kampaniyası baxımından vacibdir:

“ABŞ Prezidenti qlobal siyasi vəziyyəti dəyişdirən riskli addım atıb və bu, xüsusilə Kiyev olmaqla, qloballaşma tərəfdarları üçün gözlənilməz olub. Zelenskinin himayədarları “cəhənnəm sanksiyalarının” tətbiq olunacağını gözləyirdilər. Lakin gördüyümüz kimi, hadisələr tamamilə fərqli istiqamətdə inkişaf etdi”.

O, Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara hazır olmamaqda ittiham edib:

“Zelenski ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması ilə bağlı təxminən altı müraciətini nəzərə almayıb. Bu mövqe Vaşinqtonun Moskva ilə danışıqlardakı mövqeyini gücləndirib. Ankoric görüşündən sonra ilk dəfə Kremlə ABŞ-la razılığa gəlməyin mümkünlüyü barədə mesaj verilib.

ABŞ tərəfinin düşünmək və kompromisə getmək barədə kifayət qədər xəbərdarlığı olub. Lakin Kiyev uzun müddət nümayişkaranə şəkildə Vaşinqtonun çağırışlarına məhəl qoymayıb və bunun mənfi nəticələr doğurmayacağını düşünüb”.

Medvedçuk əlavə edib ki, hazırda Trampın qarşısında Zelenski ilə siyasi mübarizə aparmaq və onun ABŞ prezidentinə qarşı qloballaşma tərəfdarları ilə demokratların maraqları naminə hərəkət etdiyini düşündüyü siyasətinə qarşı çıxmaq məsələsi dayanır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: