nuve

“Litva Rusiya ilə mümkün münaqişə zamanı sağ qala bilməyəcək. Buna görə də ölkə ərazisində nüvə silahı yerləşdirilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Skott Ritter deyib.

O, Vilnüsün nüvə silahının yerləşdirilməsi ilə bağlı qərarı təkbaşına qəbul edə bilməyəcəyinə diqqət çəkib.

“Bu, hüquqi və nəzəri baxımdan artıq mümkündür. Amma nüvə silahını Rusiya ilə münaqişə zamanı sağ qalmaq üçün heç bir şansı olmayan bir ölkəyə göndərməyə hazır olan dövlət tapılmalıdır. Gəlin, açıq danışaq”, – deyə Ritter izah edib.

Analitikin sözlərinə görə, hazırda Litvada nüvə silahının yerləşdirilməsi üçün heç bir ilkin şərt yoxdur.

Qeyd edək ki, ötən həftə Kremlin mətbuat katibi Dmitri Peskov Litva parlamentinin nüvə silahının və xarici hərbi bazaların ölkə ərazisində yerləşdirilməsinə qoyulan qadağanın ləğvini təsdiqləməsinə cavab olaraq Moskvanın əks tədbirlər görəcəyini bildirib.

Kremlin nümayəndəsi qeyd edib ki, hər hansı dövlətin hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması gərginliyin artması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, daha əvvəl ABŞ-da Litvada hərbi baza yaradılması ehtimalı da gündəmə gətirilmişdi.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: