Ismayil B%C9%99qayi

İran Fars körfəzi ölkələrinin iştirakı ilə birgə regional görüşün keçirilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi danışıb.

Onun sözlərinə görə, Tehran uzun müddət əvvəl İran və İraqın da iştirakı ilə Fars körfəzi ölkələrinin birgə toplantısının təşkilini təklif edib:

“Oxşar görüşlərdən biri də bir-iki il əvvəl keçirilib. Yaxın vaxtlarda Omanda analoji toplantının təşkili ilə bağlı təklif irəli sürülüb və ilkin razılıq əldə olunub.

Lakin digər tərəflərin razılıq verməməsi səbəbindən təşəbbüs reallaşmayıb.

İran region ölkələri arasında münasibətlərin möhkəmləndirilməsini qətiyyətlə dəstəkləyir.

Qarşılıqlı etimadın və əlaqələrin gücləndirilməsi xarici qüvvələrin dağıdıcı müdaxiləsindən uzaq, təhlükəsiz regionun yaradılması üçün əsas şərtdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: