Azərbaycan Texniki Universitetində yeni təyinat olub.
Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, ehtiyatda olan polkovnik Elşən Qiyas oğlu Həşimov Azərbaycan Texniki Universitetinin Nəqliyyat və logistika fakültəsinin dekanı təyin edilib.
Qeyd edək ki, Elşən Həşimov 2015-2020-ci illərdə Hərbi Akademiyanın Adyunktura və Elm şöbəsinin rəisi-professor vəzifəsində çalışıb. 2020-2022-ci illərdə o, Hərbi Akademiyanın Adyunktura və Elm şöbəsinin Adyunkturasında professor-məsləhətçi vəzifəsində işləyib. 2022-ci ildən isə Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda professor-məsləhətçi (Elmi katib) vəzifəsində çalışır.