“Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun mövqelərinə zərər vurur”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın müşaviri Aleks Brüyzevits deyib.
“İki gün əvvəl o, Prezidenti “zəif” adlandırdı. Rusiya ilə razılaşmanın elan olunmasından cəmi bir neçə dəqiqə sonra isə neft emalı zavodlarına zərbələr endirdi.
Gəlin, onun yaxşı müttəfiq olduğunu iddia etməyi dayandıraq”, – deyə o bildirib.
Brüyzevits həmçinin Zelenski ilə əlaqə saxlayan şəxsləri Ukrayna liderinə Trampın mövqelərini zəiflətməmək və hərəkətləri ilə Amerika xalqına zərər vurmamaq barədə xəbərdarlıq etməyə çağırıb.
Safura Bənnayeva
Globalinfo.az