Türkiyə genişmiqyaslı əməliyyatlara başladı

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatları start götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 08:30-dan etibarən 13 440 təhlükəsizlik əməkdaşının iştirakı ilə terrorla mübarizə əməliyyatları başladılıb.

Əməliyyat çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydında terror qruplaşmasına üzvlükdə şübhəli bilinən 12 nəfər saxlanılıb.

Terror təşkilatının kəşfiyyat qruplarına qarşı Şanlıurfada keçirilən əməliyyatda 55 şübhəli həbs edilib.

Əməliyyatlara təhlükəsizlik qüvvələrinin 960 dəstəsi cəlb olunub.

Əliyar Xəlil
Globalinfo.az