
Venesuela Prezidenti Nikolas Maduro və xanımı Siliya Flores artıq Nyu-Yorkda yerləşən federal məhkəmə binasındadırlar.
Globalinfo.az xəbər verir ki, onlar məhkəməyə zirehli maşınlarda gətiriliblər.
***16:44
Venesuela Prezidenti Nikolas Maduro və xanımı məhkəmədə iştirak üçün helikopterlə Nyu-Yorka aparılır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını saxlayıb.
Safura Bənnayeva
Globalinfo.az