Ermənistan Qırğızıstan kimi olacaq – Manaseryan

“Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatına ciddi zərbə vuracaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni iqtisadçı-alim Tatul Manaseryan deyib.

O bildirib ki, BMT-nin göstəricilərində 2023-cü ildə Türkiyədən Ermənistana ixracın 6 dəfə artdığı qeyd edilir.

“Sərhədlər açılarsa, bizim üçün pis olacaq. Ermənistanda yerli istehsal tamamilə tənəzzülə uğrayacaq. Türkiyədən ixrac səviyyəsi daha da artacaq. Hətta Türkiyədə istehsal edilməyən məhsullar belə o ölkə vasitəsilə bizə çatdırılacaq. Təxminən 20-25 il öncə Qırğızıstan və Çin arasında da eyni vəziyyət yaranmışdı. Qırğızıstan nəticədə hələ də özünə gələ bilməyib”, – T.Manaseryan bildirib.

Ayşən Mustafa
Globalinfo.az