Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib

Türkiyə Cümhuriyyətinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler sentyabrın 5-də Azərbaycana gəlib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, işgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.