Türk ölkəsinin prezidenti Ermənistana gedir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yaxın günlərdə Ermənistana səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Rəsmi səfərin təfərrüatları Ermənistan-Qazaxıstan hökumətlərarası komissiyasının bu gün İrəvanda keçirilən iclasında müzakirə edilib.

Tokayev yaxın günlərdə baş tutacaq Qazaxıstan-Ermənistan ikitərəfli işgüzar konfransda iştirak edəcək.

Əliyar Xəlil
Globalinfo.az