tdyb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin  qalib layihələrindən olan, Dünya Gənc Türk Yazarlar Birliyinin “Türk dünyası gənc yazarlarının  Lənkəran toplantısı” adlı layihəsi həyata keçirilir.

Globalinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan və Türk dünyasının digər nöqtələrindən olan yeni nəsil yazarlar iştirak edəcək.

3 ay müddətində həyata keçirilən layihə çərçivəsində türk ölkə və topluluqlarından olan yeni nəsil  yazarların yaradıcılıq nümunələri kitablaşdırılacaq.

Qeyd edək ki, bu il Azərbaycanın Lənkəran şəhəri Türk dünyasının gənclər paytaxtı elan olunub.

WhatsApp Image 2024 10 22 at 11.12.58

Paylaş: