2025 12 28T183942Z 153945119 RC2UPIAVMU4M RTRMADP 3 UKRAINE CRISIS TRUMP ZELENSKIY

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 28-də keçirilməsi planlaşdırılan görüşündə RusiyaUkrayna müharibəsinin dayandırılması yollarının əsas müzakirə mövzusu olacağı bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Belə ki, Ağ Ev rəsmisi görüş zamanı Moskva ilə Kiyev arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

“Müharibəyə son qoymağın vaxtıdır”, – deyə Ağ Ev nümayəndəsi vurğulayıb.

Xəbərdə qeyd olunur ki, görüş ərəfəsində Zelenskinin amerikalı bloqçu Lora Lumerə verdiyi müsahibə də diqqət çəkib. Müsahibə zamanı ondan ABŞ tarixinin ən yaxşı prezidenti barədə soruşulduqda, Zelenski Donald Trampın adını çəkməyərək ABŞ-ın 16-cı prezidenti Abraham Linkolnu nümunə göstərib.

Tahir Turan
Globalinfo.az

Paylaş: