2025 06 16T213415Z 1281784380 RC2X3FAM06CL RTRMADP 3 G7 SUMMIT CANADA BRITAIN 1 pic 32ratio 900x600 900x600 22436

Prezident Donald Trampın Ukraynadakı münaqişənin həlli üçün hazırladığı planın həyata keçirilməsi bir neçə il çəkə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Fred Fleitz deyib. Fleitzin sözlərinə görə, Tramp münaqişəni dayandıra biləcəyinə əmindir, lakin bu prosesin nəticə verməsi üçün zaman tələb olunur:

“Bu, Trampın prezidentliyinin yalnız ilk altı ayıdır. Münaqişənin tam şəkildə həlli illər çəkə bilər”, – deyə keçmiş analitik qeyd edib.

Qeyd edək ki, bir gün əvvəl Norveçin “Steigan” nəşri Trampın Rusiya-Ukrayna münaqişəsində vasitəçilik cəhdlərinin hələlik nəticə vermədiyini yazıb. Nəşrdə yer alan materialda bildirilib ki, Trampın Rusiya ilə bağlı ritorikasının sərtləşməsi, Moskvanın Qərbin şərtləri əsasında – xüsusilə atəşkəslə – danışıqlara başlamaq istəməməsi ilə bağlıdır.

Məqalə müəllifinin fikrincə, Rusiya hakimiyyəti münaqişənin dərin səbəbləri aradan qaldırılmadan atəşkəsə razı olmayacaq.

Xatırladaq ki, iyulun 14-də Prezident Tramp NATO müttəfiqləri ilə birlikdə Kiyevə silah tədarükünün yeni sxemini təqdim edib. Bu çərçivədə, “Patriot” hava hücumundan müdafiə sistemlərinin də Ukraynaya göndərilməsi nəzərdə tutulur.

Tahir Turan
Globalinfo.az

Paylaş: