ABŞ Nəqliyyat naziri Şon Daffi Prezident Donald Trampın göyərtəsində olduğu “Marine One” helikopteri ilə kommersiya təyyarəsinin təhlükəli yaxınlaşması zamanı rabitə problemlərinin yaşandığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb. Daffinin sözlərinə görə, hadisə zamanı “Marine One” komandası ilə Federal Aviasiya Administrasiyası arasında işçi səviyyədə əlaqələndirmə və rabitə problemi yaranıb.
Xatırladaq ki, insident avqustun 4-də Vaşinqtondakı Ronald Reyqan Milli Hava Limanı yaxınlığında baş verib. Trampı daşıyan helikopter havaya qalxdığı vaxt kommersiya təyyarəsinin uçuşuna icazə verilib. FAA ilkin araşdırmada təyyarələr arasında qısa müddətli təhlükəsiz məsafə pozuntusu olduğunu bildirib.
Hadisə ilə bağlı həm FAA, həm də ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır. Rəsmilər Trampın həmin vaxt təhlükədə olmadığını bildiriblər.
Tahir Turan
Globalinfo.az