“ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qalib gələrsə, Rusiya əleyhinə sanksiyaları ləğv etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.
“Tramp bir iş adamı kimi başa düşür ki, sanksiyalar dünyada dolların hökmranlığına zərər verir. Lakin ABŞ-da inqilaba başlamaq və anti-Rusiya xəttinə qarşı getmək üçün bu, kifayət deyil.Vaşinqtondakı bədnam dərin dövlət istənilən “Tramp”dan qat-qat güclüdür”, – o bildirib.