
ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə respublikaçı konqresmen Darrell İssa bildirib.
“Bu mükafata ondan çox layiq olan yoxdur”, – İssa “X” hesabında yazıb.
D.İssanın köməkçisi Trampın Yaxın Şərqdə sülhün təmin olunması istiqamətindəki səylərinə görə mükafata namizəd olacağını açıqlayıb.
Qeyd edək ki, D.Tramp daha öncə bir neçə dəfə Nobel sülh mükafatına namizəd olub, lakin arzusunda olduğu nəticəni əldə edə bilməyib.
Əliyar Xəlil
Globalinfo.az