tramphy qnnadatel e irani vera n363510 1

ABŞ prezidentinin mətbuat katibi vəzifəsinə ən azı 6 nəfər potensial namizəd kimi nəzərdən keçirilir”.

Globalinfo.az xəbər verir ki,  bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Bildirilib ki, namizədlər arasında hazırkı mətbuat katibi Karolin Levittin müavini Anna Kelli də var.

Jurnalistlər qeyd ediblər ki, Kelli artıq Ağ Evin mətbuat xidmətində çalışıb və rəhbəri kimi mediaya qarşı sərt mövqeyi ilə seçilir.

“Bundan başqa, keçmiş teleaparıcı Seyc Stil, ABŞ Prezidenti Donald Trampın köməkçisi Ceyson Miller, jurnalist Keri Leyk, Daxili Təhlükəsizlik nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Trişa Maklaflin və ABŞ liderinin keçmiş vəkili Alina Habba da namizədlər arasındadır”,  deyə qeyd olunub.

Ötən gün Tramp bildirib ki, Karolin Levitt avqustun sonunda vəzifəsini tərk edəcək. Onun sözlərinə görə, Levitt daha çox vaxtını uşaqları və ailəsi ilə keçirmək istəyir. Tramp bu qərarı tam başa düşdüyünü və hörmətlə qarşıladığını deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: