Litva sərhədçiləri Belarusla sərhəddə bu həftə ərzində ikinci yeraltı tuneli aşkar ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Mühafizə Xidməti məlumat yayıb.
Qurumun ehtimalına görə, tunel Belarus ərazisindən Litvaya qanunsuz keçməyə çalışan Asiya və Afrika ölkələrindən olan miqrantların sərhədi gizli şəkildə keçməsi üçün qazılıb.
Bir gün əvvəl də Litva sərhədçiləri Belarusla sərhəddə başqa bir yeraltı keçid aşkarlamışdılar.
Tunel sərhədi keçsə də, Litva tərəfində çıxışı olmayıb. Bildirilib ki, bütün zəruri araşdırmalar başa çatdıqdan sonra tunel torpaqla doldurulacaq.
Əliyar Xəlil
Globalinfo.az