ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı ilə fotosu gülüş obyekti olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
“Tramp Emmanuel Makron və həyat yoldaşı Bricitlə şəkil çəkdirib. Halbuki, ABŞ lideri onların evliliyini lağa qoymuşdu. Bu, sözügedən açıqlamalardan sonra ilk görüntü olub”, – deyə yazılıb.
Xatırladaq ki, aprelin 2-də ABŞ lideri Makronun Bricitin şilləsindən sonra hələ də özünə gələ bilmədiyini demişdi.
Makron daha sonra Trampın evliliyi ilə bağlı şərhlərini “yersiz” adlandırmışdı.
Əliyar Xəlil
Globalinfo.az